25 noyabr 2024. Bazar ertəsi

Prezident tapşırıq versə də "Azəriqaz" hələ də işini görmür - DEPUTAT


Prezident tapşırıq versə də "Azəriqaz" hələ də işini görmür - DEPUTAT
Saatlıda hələ də 11 kənd qazlaşdırılmayıb. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsində deputat Əziz Ələkbərli deyib.

"Saatlının 44 kəndi var. 11 kəndi qazlaşdırılmayıb. Rayonda qazlaşdırılma 4 ildə bir dəfə icra olunur. Belə çıxır ki, bundan sonra 40 il vaxt lazımdır ki, Saatlıda qaz problemi həll olunsun. Bilmirəm "Azəriqaz” İB nə fikirləşir. Ancaq 2011-ci il prezident Saatlıda rayon əhalisi ilə görüşüb. Orada aiddiyatı qurumlara tapşırıq verib ki, 2012-ci ilin sonuna kimi qazlaşdırma problemi 100 faiz olmalıdır. Çünki orada dağlıq kənd yoxdur. Elə kəndlər var ki, qaz xətti kəndin girişinə kimi çəkilib,lakin evlərə verilmir. Televiziya və aiddiyatı qurumlara şikayət etməyən qalmayıb. Azəriqaz isə susur”, deputat bildirib.

Əziz Ələkbərli qazın olmaması belə vəziyyətdə təklif edib ki, bu cür olan halda vətəndaşlara alternativ yanacaqlardan güzəştli şəkildə istifadəsinə icazə verilsin.(anews)






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir