24 oktyabr 2024. Cümə axşamı

Qərbi Azərbaycan İcması Aparatının növbəti iclası keçirilib


Qərbi Azərbaycan İcması Aparatının növbəti iclası keçirilib
Noyabrın 19-da Qərbi Azərbaycan İcması Aparatının növbəti iclası keçirilib.
İcmadan verilən məlumata görə, iclasda Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların və Azərbaycan Respublikasının rayonları üzrə nümayəndəliklərin yaradılması ilə bağlı vəziyyət müzakirə olunub. Müvafiq şöbələrə təşkilatlanma işi barədə hesabat hazırlamaq və növbəti iclasın müzakirəsinə təqdim etmək tapşırılıb.
Sonra cari məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Məsələlər ətrafında müzakirələrdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdiri Miraslan Bəkirli, İcmanın Aparat əməkdaşları, İcma üzvləri, o cümlədən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə İsmayılova, Dərələyəz Cəmiyyətinin sədr müavini Rəna İsmayılova, İcmanın İstanbul fəalı Natəvan Şadlinskaya və b. iştirak ediblər.







Xəbər news