1 fevral 2026. Bazar günü

Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi


Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi
Fəaliyyətini dayandırmış "Simurq" klubunun sabiq yarımmüdafiəçisi Raul Kostin Azərbaycandakı karyerası barədə danışıb. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında ölkəmizdə maliyyə probleminin olmadığını söyləyib:
 
“Azərbaycandakı karyeram mənim üçün yaxşı təcrübə oldu. Orada maliyyə baxımından heç bir problem yox idi".
 
Bu yaxınlarda peşəkar karyerasını başa vuran veteran futbolçunun sözlərinə görə, Azərbaycanda çempionatın səviyyəsi pis deyildi: "Amma nəyisə dəyişmək imkanım olsaydı,"Vasluy"dan ayrılanda fərqli qərar verərdim. Bir neçə təklifim oldu, amma mən Azərbaycana getməyə qərar verdim. Həmin vaxt "Rapid" və "Panduri"dən də dəvət var idi. Lakin mən ölkə xaricində oynamaq istəyirdim".
 
Xatırladaq ki, rumıniyalı oyunçu  2013/14 mövsümündə "Simurq"da çıxış edib. Zaqatala təmsilçisi 2015-ci ildə fəaliyyətini dayandırıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO