22 mart 2026. Bazar günü

PFL prezidentinin skrin'inə, Kamran Quliyev zarafatı


PFL prezidentinin skrin'inə, Kamran Quliyev zarafatı

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Corner.az xəbər verir ki, o, “chess.com” saytında erməni rəqibinə mat qoyub və bu qələbəsini “skrin” edərək feysbukda hesabında paylaşıb.

Onun bu paylaşımına münasibət bildirənlər arasında “Neftçi”nin prezidenti Kamran Quliyev də olub. Funksioner, PFL prezidentinə zarafatla “Utanmırsan? Bu ki genosiddir!” sözlərini yazıb.

Xatırladaq ki, Elxan Səmədov bu ilin iyulundan Peşəkar Futbol Liqasına rəhbərlik edir.








Xəbər news