"Qalatasaray”ın hücumçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə barışıb. Corner.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bir müddət öncə onlar məhz sosial şəbəkə hesablarında ayrıldıqlarını açıqlayan məşhur cütlük yenidən barışmağa qərar verib.
Belə ki, Maldiv adalarında istirahətə edən İkardi və Nara barışdıqlarını məhz orada bəyan ediblər. Argentinalı futbolçu “İnstagram” hesabında bunları yazıb:
“Həyatımın qadını deyildin, həyatımı dəyişdirən qadındın. Ancaq Disney hekayələrinin ikinci sezonları da var. Səni sevirəm, Vanda”.
