5 dekabr 2025. Cümə

Finalı 204 kanal göstərəcək - ermənilər də var


Finalı 204 kanal göstərəcək - ermənilər də var

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan da daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında baş tutacaq matç Avropanın 48 ölkəsində nümayiş olunacaq.

Avropadan kənarda isə 156 ölkənin vətəndaşları qarşılaşmaya canlı baxa biləcəklər. “Sport 24” telekanalı finalı hava və su nəqliyyatında canlı yayımlamaq hüququna malikdir.Qarşılaşma hətta Ermənistanın "Shant TV" kanalında da göstəriləcək.

Xatırladaq ki,  saat 23:00-da başlayacaq "Çelsi" - "Arsenal" oyunu Azərbaycan kanallarından "CBC Sport"da nümayiş olunacaq.







Xəbər news