Slovakiyada təlim-məşq toplanışında olan Polşanın “Visla” komandası növbəti yoxlama matçına çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk təmsilçisi üçüncü sınaq matçında yerli “Jeleziarne” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda inamlı qələbə qazanıb - 3:1. Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
Xatırladaq ki, “Visla” Krivotsyukun da iştirakçısı olduğu ilk sınaq matçında Slovakiyanın digər klubu “Jilina”ya 0:4 hesabıyla uduzmuş, ardından “Tatran”lə məhsuldar heç-heçə etmişdi – 4:4.