5 dekabr 2025. Cümə

Klopp Guardiola'ya söz atdı


Klopp Guardiola'ya söz atdı

“Liverpool”un baş məşqçisi Jurgen Klopp Premyer Liqa çempionluğunun Çempionlar Liqasındakı uğurdan vacib olduğunu söyləyən “Manchester City”nin çalışdırıcısı Pep Guardiolanın fikirlərinə münasibət bildirib.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis həmkarı ilə razılaşmadığını söyləyib. Hətta o, ispaniyalı məşqçinin sözlərinə atmaca ilə cavab verib: “Guardiola deyir ki, İngiltərə Premyer Liqasında qələbə Çempionlar Liqasından vacibdir. Çünki özü çoxdandır finalda olmur. Hamımız bilirik ki, Pep dünyanın ən yaxşı məşqçisidir. O, bütün təriflərə layiqdir. Biz bu mövsüm Premyer Liqanı qazanmaq istəyirdik. Amma “Manchester” “Liverpool”dan güclü oldu. Buna baxmayaraq, biz daha bir turnirdə mübarizəni davam etdiririk”.

Qeyd edək ki, “Liverpool” iyunun 1-də Çempionlar Liqasının final oyununda “Tottenham”la qarşılaşacaq. Oyun Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək







Xəbər news