24 oktyabr 2024. Cümə axşamı

Heç vaxt Ronaldonun fanatı olmamışam


Heç vaxt Ronaldonun fanatı olmamışam

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel Kriştiano Ronaldonun “Mançester Yunayted”dən ayrılması ilə bağlı danışıb.

Corner.az xəbər verir ki,  35 yaşlı keçmiş futbolçu heç vaxt portuqaliyalı oyunçunun fanatı olmadığını bildirib:

“Heç vaxt Ronaldonun fanatı olmamışam. Futbolçunun bu qədər eqoist olmasını anlamıram. O, heç vaxt mənim sevimli oyunçularımdan biri olmayıb, ona görə də həmişə Messini seçirəm” 

Qeyd edək ki, “Mançester Yunayted” 37 yaşlı Ronaldo ilə müqaviləyə xitam verib. Portuqaliyalı bu mövsüm keçirdiyi 16 oyunda 3 qol vurub.







Xəbər news