Polşanın “Visla” komandası növbəti yoxlama matçına çıxıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk təmsilçisi Polşanın digər klubu “Qarbarniya” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə üzləşib - 1:2. Anton bu görüşün iştirakçısı olmayıb.
Xatırladaq ki, “Visla” bundan öncə Slovakiyada yerli komandalarla üç yoxlama oyunu keçirmişdi. Plotsklular “Jilina”ya 0:4 hesabıyla uduzmuş, ardından “Tatran”lə məhsuldar heç-heçə (4:4) etmiş və “Jeleziarne”yə qalib gəlmişdilər. Krivotsyuk “Jilina” və “Jeleziarne” ilə oyunlarda forma şansı qazanmışdı