24 oktyabr 2024. Cümə axşamı

Kişilər klubu çempionata start verir - qaliblərə bu qədər mükafat veriləcək


Kişilər klubu çempionata start verir - qaliblərə bu qədər mükafat veriləcək
Pandemiya dövründə populyarlaşan  "Kişilər Klubu" Kişilər Liqasına start verir.

Corner.Az xəbər verir ki, 84 mindən çox üzvü olan "Kişilər Klubu"  liqa çərçivəsində futbol çempionatı keçirəcək.

Çempionatın məqsədi daim virtual aləmdə birlikdə olan klub üzvlərinin canlı olaraq bir-biri ilə tanış olması və sosial aktivliklərini artırmaqdır.

Dekabr 4-də Kişilər Liqası 4-cü mövsümünə - "Castrol" mövsümünə start veriləcək. Çempionat ümumilikdə Dünya çempionatı formatında keçiriləcək. Hər birində 4 komanda olmaqla 4 qrup iştirak edəcək. Qrup mərhələsini keçən hər qrupdan 2 komanda növbəti mərhələyə keçəcək. Qalib komandalar isə müvafiq olaraq yarım final və finala vəsiqə qazanacaq.

4 dekabrda start götürəcək çempionatda komandalar aşağıdakı kimidir:

A qrupu: Fenstar, Clopse marketinq, Naxçıvan Nehrəm, Hanoğlu Baklava;
B qrupu: Cəbrayıl FK, Zebra Baku, White Smile, Xilə;
C qrupu: Galaxy, Cihan SS, Beylimedia, AKİAB;
D qrupu: Kişilər Klubu, Alligators, Veni.Vidi.Vici, Qorodok.

Çempionatda 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yerin sahibi komanda isə 1000 AZN məbləğində mükafatlandırılacaq. 

Çempionatın maraqlı keçməsi üçün həftəlik foto və video çəkilişlər, həftəlik fərqlənən oyunçulara sponsorlar tərəfindən müxtəlif hədiyyələrin təqdim edilməsi, oyunlar zamanı oyunçulara və azarkeşlərə su, çay və enerji içkilərinin verilməsi, “Kişilər Liqası” feysbuk səhifəsində oyunçular üçün hazırlanmış bot vasitəsilə həftəlik yarışma və qaliblərin mükafatlandırılması və digər fəaliyyətlər həyata keçiriləcək.

Xatırladaq ki, çempionatın Baş sponsoru "Castrol", media dəstəkçisi isə Corner.Az saytıdır.
Qeyd edək ki, vaxtilə qarşılıqlı faydalı vermək məqsədilə qurulmuş "Kişilər Klubu" qısa müddət ərzində ölkənin qabaqcıl, intellektual, gənc, orta və yaşlı nəslin kişilərini bir araya gətirərək sosial şəbəkələrdə 84 mindən çox üzv toplayıb.

Sosial media platforması istər pandemiya dövründə, istərsə də “Vətən müharibəsi” dövründə birlik göstərərək, xalq və millət üçün böyük işlərə imza atıb.









Xəbər news