22 mart 2026. Bazar günü

Azərbaycanlı FİFA referisi nazirlikdəki vəzifəsindən ayrıldı


Azərbaycanlı FİFA referisi nazirlikdəki vəzifəsindən ayrıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov vəzifəsini tərk edib.

Corner.az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin sədr müavini kimi davam etdirəcək.

Nazirlikdə isə onun yerinə hələ ki, təyinat olmayıb.

1985-ci il təvəllüdlü R.Cabarov 2003-ci ildən hakimlik fəaliyyətinə başlayıb, 2009-cu ildən Premyer Liqa oyunlarında referi kimi fəaliyyət göstərir, 2019-cu ildən isə FİFA referisidir.

O, 2017-2018-ci ildə ölkə kubokunun final oyununu idarə edib.

Xatırladaq ki, İKT LAB Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə yaradılıb.







Xəbər news