- Xəbər news
- 22:11 05.12.2025
“Sumqayıt” klubunun qış təlim-məşq toplanışı planı müəyyənləşib.
Premyer Liqa təmsilçisindən Corner.az-a verilən məlumata görə, komanda mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.
2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq “Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Ancaq rəqiblərin kimliyi hələ məlum deyil.
Qeyd edək ki, Premyer Liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.