6 dekabr 2025. Şənbə

Mahir Emreli Dinamo'ya nə vaxt qoşulacaq?


Mahir Emreli Dinamo'ya nə vaxt qoşulacaq?
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub. Corner.az xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.
 
Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda, komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya millilərinə qarşı yoldaşlıq matçlarında iştirak etmiş forvarda əlavə istirahət verdiyi vurğulanıb.
 
Xatırladaq ki, Mahir Emreli bu ilin fevral ayından "Dinamo"da çıxış edir.






Xəbər news