24 oktyabr 2024. Cümə axşamı

DÇ-2022: İlon Mask və Şakira Mərakeş millisini təbrik etdi


DÇ-2022: İlon Mask və Şakira Mərakeş millisini təbrik etdi

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask və kolumbiyalı müğənni Şakira Mərakeş millisini Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi münasibətilə təbrik ünvanlayıblar.

Corner.az-ın məlumatına görə, sözügedən tanınmış şəxslər bununla bağlı özlərinin sosial şəbəkə hesablarında yazıblar.

Mask paylaşımında "Təbriklər, Mərakeş", Şakira isə "Bu dəfə Afrika üçün!"  deyə qeyd ediblər.

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş yığması finala gedən yolda Fransa kollektivi ilə qarşılaşacaq. Görüş dekabrın 14-də keçiriləcək.







Xəbər news