24 oktyabr 2024. Cümə axşamı

Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər - FOTO


Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər  - FOTO

Braziliya millisinin emblemi Pelenin şərəfinə dəyişdirilə bilər.

Corner.az xəbər verir ki, bunu Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominges Braziliya Futbol Konfederasiyasına (CBF) təklif edib.

Qurumun rəhbəri dekabrın 2-də xəstəxanaya yerləşdirilmiş 82 yaşlı sabiq hücumçunun tez sağalmasını istədiklərini bildirib: "O, dahidir. 10 rəqəmi ilk dəfə onunla bağlı olub. Bundan sonra başqaları meydana çıxıb və müxtəlif müqayisələr gəlib. Amma Pele həmişə unikal olacaq".

Dominges emblemdəki beş ulduzun üçünün ürəklərlə əvəz edilməsini istəyib.

Qeyd edək ki, Pele tarixdə üçqat dünya çempionu olan yeganə futbolçudur. O, 1958, 1962 və 1970-ci illərdə buna yiyələnib. Əfsanəvi forvard FIFA-ya görə XX əsrin ən yaxşı oyunçusu da hesab olunub.








Xəbər news