25 noyabr 2024. Bazar ertəsi

Gənclər Təşkilatlarının V Konqresi keçirilib


Gənclər Təşkilatlarının V Konqresi keçirilib
Gənclər Paytaxı Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçirilib.

Corner.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən və 3 gün davam edən Konqresin əsas məqsədi gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizmlərin müzakirəsindən ibarət olub.
Artıq 5-ci dəfədir ki, təşkil edilən konqresin açılış mərasimndə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış ediblər.
Konqres müddətində “Gənclər təşkilatlarının idarə edilməsində keyfiyyət meyarları”, “Dövlət Gənclər siyasəti: gənclər təşkilatları üçün yeni çağrışlar” və digər mövzularda panel iclaslar, təqdimatlar keçirilib. Konqres çərçivəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin iştirakı ilə panel müzakirəsi baş tutub.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir