24 oktyabr 2024. Cümə axşamı

Neftçi'nin əməkdaşı qəzada dünyasını dəyişdi


Neftçi'nin əməkdaşı qəzada dünyasını dəyişdi
Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Corner.az xəbər veri ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.
 
O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".
 
Xatırladaq ki, Elvin Rüstəmov həm də idman jurnalisti və “Neftçi” TV-nin əməkdaşı idi.






Xəbər news