- Xəbər news
- 01:00 22.01.2026
Manchester City'nin argentinalı hücumçusu Serxio Aquero gələcəyi ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu müqaviləsinin sonunadək İngiltərədə oynamaq istədiyini bildirib.
Aquero karyerasını bu klubdan ayrılandan sonra ölkəsi Argentinaya qayıdaraq futbola başladığı “İndepentyente” klubunda başa vurmaq istədiyini deyib: “İndependyente” azarkeşləri nə vaxtsa bu kluba qayıdacağımı maraqla gözləyir. Hazırda qarşıdakı iki mövsümü burda keçirməyə köklənmişəm. Bu iki ildə nələr olacağını görəcəyk. Amma “İndependyente” hər zaman mənim üçün ilk sırada olacaq”.
Qeyd edək ki, argentinalı hücumçu 2006-cı ildə “İndependyente”dən “Atletiko”ya 38 milyon avro qarşılığında transfer olunub. 2011-ci ildən isə o, “Manchester City”də çıxış edir