24 oktyabr 2024. Cümə axşamı

Ronaldo Real'ın bazasında məşq edir


Ronaldo Real'ın bazasında məşq edir

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldulo sabiq komandası "Real"ın Valdebebasedəki bazasında məşq edir.

Corner.az "Relevo" portalına istinadən xəbər verir ki, hazırda klubsuz olan 37 yaşlı hücumçu bu addımı formasını qorumaq üçün atıb.

İddiaya görə, "kral klubu" öz bazasını Ronaldo'nun sərəncamına versə də, onun xidmətindən yararlanmaq niyyətində deyil.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009 - 2018-ci illərdə "Real Madrid"inin şərəfini qoruyub. Təcrübəli futbolçunun son klubu isə İngiltərə "Mançester Yunayted"i olub. 







Xəbər news