Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyada 2022-ci ilin ən yaxşı futbol klublarının siyahısını açıqlanıb. Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Liverpul" klubu layiq görülüb.
İkinci pillədə İspaniyanın "Real” (Madrid) klubu qərarlaşıb. İlk "3-lüy"ü isə İngiltərənin digər nəhəngi "Çelsi" tamamlayıb.
İlin ən yaxşı klublarının ilk 10-luğunda bu klublar yer alıb:
1. "Liverpul" (İngiltərə)
2. "Real" (İspaniya)
3. "Çelsi" (İngiltərə)
4. "Mançester Siti" (İngiltərə)
5. "Benfika" (Portuqaliya)
6. "Leypsiq" (Almaniya)
7. "Bavariya" (Almaniya)
8. "Portu" (Portuqaliya)
9. PSV (Niderland)
10. PSJ (Fransa)