Futbol üzrə Peru millisinin sabiq hücumçusu Cefferson Farfan karyerasını baş vurub.
Corner.az xəbər verir ki, 38 yaşlı peşəkar futbolçu karyerasını davam etdirməmək qərarına gəlib.
Farfan 2021-ci ilin martından ölkəsinin "Alyansa Lima" klubunun formasını geyinirdi. O, Niderlandın PSV, Almaniyanın "Şalke" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında da çıxış edib. Yığmada 102 oyun keçirən futbolçu 27 qola imza atıb.