"Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Haiti Futbol Federasiyasının prezidenti olmaq istəyir. Corner.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
O, 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Hazırda Kiprin “Olimpiakos” klubunda forma geyinən oyunçu 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci illərdə isə “Neftçi”də forma geyinib.