- Xəbər news
- 22:34 14.11.2024
Nəhayət ki, Lionel Messi arzusunu gerçəkləşdirdi. Argentina millisinin kapitanı dünya çempionu olub və bunu 35 yaşında bacarıb. Dramatik finalda cənubi amerikalılar Fransanı məğlub ediblər (3:3, 4:2 pen.).
Corner.az xəbər verir ki, finalın ən şirin anı mükafatlandırma mərasimindən əvvəl yaşanıb. Futbolçular hadisəni səbirsizliklə gözləyərkən, meydançaya bir qadın çıxdı. Əvvəlcə çoxları o qadının Messinin anası Celia Maria Cuccittini olduğunu zənn edirdi.
Qadın sakitcə Leo-ya yaxınlaşdı və onun varlığı ulduz futbolçunu xoş təəccübləndirdi.
Əslində, bu, əksər medianın yazdığı kimi, o qadın Messinin anası deyil. Əlbəttə ki, o, oyunda iştirak etdi və sonra Leonu qucaqladı. Lakin Celia Argentinanın zolaqlı forması ilə yox, səfərdə idi. Üstəlik, onun qolunda Messinin qucaqladığı qadın kimi saatı və döyməsi yoxdur.
Bəs bu sirli qadın kimdir? “Infobae”nin məlumatına görə, bu, Antonia Fariasdır. O, Argentina millisinin vacib halqası sayılır. Belə ki, Antonia 10 ildir aşpaz işləyir və hər səfərdə futbolçuları müşayiət edir. O, “Copa America”, “Finalissime” və DÇ-2022-də nümayəndə heyətinin bir hissəsi idi. Onu hətta milli komandanın maskotu adlandırırlar.
Yeri gəlmişkən, Argentina millisində iki xanım var. İkincisi isə marketinq meneceri Veronika Mieledir. Farias öz işini uğurla yerinə yetirir və futbolçulara rahat şərait yaradır. Qadın müsbət xarakterinə görə çox sevilir, oyunçularla əla münasibəti var.O, Amerika Kubokunu qazandıqdan sonra birgə şəkil çəkdirməyə dəvət olunmuşdu.