- Xəbər news
- 22:34 14.11.2024
“Liverpul”un keçmiş müdafiəçisi Qlen Conson 2022-ci il dünya çempionatının final oyunu haqda fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 38 yaşlı keçmiş oyunçu Argentina və Fransa arasındakı görüş tarixin ən yaxşısı olduğunu bildirib:
“Bu, şübhəsiz ki, gördüyüm ən yaxşı finaldır. Qırmızı vərəqədən başqa hər şey var idi: əla hücumlar, əla müdafiə, qollar, seyvlər. Düşünürəm ki, bu, 2005-ci ildə İstanbulda “Liverpul”un “Milan”la qarşılaşmada geridönüş etdiyi finaldan daha yaxşıdır, çünki bu, dünya çempionatının son qarşılaşması, futbolun əsas matçı idi”
Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında fransızlara penalti seriyaların da qalib gəlib.