- Xəbər news
- 22:34 14.11.2024
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Corner.Az xəbər verir ki, 30 yaşlı qolkiper Buenos-Ayresdə keçirilən çempionluq paradından sonra helikopterin qarşısında kubokla birlikdə fotosunu yayımlayıb. O, bu barədə belə yazıb:
“Xalqımızla gözəl bir gün. Sevginiz üçün təşəkkürlər!”
Dünən Argentinanın paytaxtı Buenos-Ayresdə cənubi amerikalıların qələbəsinə həsr edilən parad keçirilib. Futbolçular tıxac səbəbindən helikopterlə paradın keçirildiyi məkandan çıxıblar.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.