Müqavilə bağladı, 4 saat sonra yollar ayrıldı
Kasımpaşa bu gün baş məşqçi vəzifəsinə gətirdiyi İbrahim Üzülməzlə müqaviləyə xitam verib.Corner.az "ntvspor"a istinadən xəbər verir ki, Kasımpaşa 45 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzaladıqdan 4 saat sonra onunla yollarını ayırıb. Baş məşqçi buna klub rəhbərliyi ilə aralarında yaranmış fikir ayrılığının səbəb olduğunu bildirib: "Müqavilə imzalandıqdan sonra klubun növbəti mövsümdəki hədəfləri və transfer siyasəti barədə fikirlərimiz üst-üstə düşmədi. Buna görə də yolları ayırdıq. Hər kəs üçün xeyirli olsun".Qeyd edək ki, "Kasımpaşa" geridə qalan mövsümdə Superliqanı 39 xalla 14-cü pillədə tamamlayıb.