24 oktyabr 2024. Cümə axşamı

AFFA-dan Uşaq Əyləncə Mərkəzində yeni il şənliyi


AFFA-dan Uşaq Əyləncə Mərkəzində yeni il şənliyi
AFFA-nın təşkilatçılığı ilə qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə “Kinderland” Uşaq Əyləncə Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli tədbir keçirilib.
 
Corner.az xəbər verir ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Təmiz Dünya” Qadın və Uşaqlara Yardım İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyi (Autizm Mərkəzi), 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsi və onun nəzdində yerləşən “Günərzi” Qayğı Mərkəzi, Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbi, eləcə də şəhid və qazi övladlarının qatıldığı tədbirdə 120-dən çox uşaq müxtəlif əyləncə növlərində özlərini sınayıb, maraqlı vaxt keçirib.
 
Tədbirdə çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Futbolun Sosial Məsuliyyəti üzrə meneceri Kifayət Mustafayeva iştirakçıları və mərkəzlərin nümayəndələrini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, AFFA-nın hər zaman bu cür sosial layihələr həyata keçirməyə hazır olduğunu dilə gətiriblər.






Xəbər news