24 oktyabr 2024. Cümə axşamı

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli oldu


Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli oldu

"Vüqar Həşimov Memorialı-2022" superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları müəyyənləşib.

Turnirin mətbuat xidmətindən Corner.Az-a verilən məlumata görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan "sport24.az" saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, "milli.az" saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar.

İlk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.







Xəbər news