22 mart 2026. Bazar günü

İsveçrə şirkətindən AFFA-ya məktub


İsveçrə şirkətindən AFFA-ya məktub
İsveçrənin SGS şirkəti AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı 2022-ci ildə apardığı yoxlamanın nəticələrini açıqlayıb. Corner.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, şirkət tərəfindən göndərilən məktubda AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu vurğulanıb.
 
Eyni zamanda, qeyd olunub ki, Lisenziyalaşdırma Qrupu 2023/2024 lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
 
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.






Xəbər news