Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges "Qızıl top"un beşqat qalibi ilə ilk görüşündən sonrakı təəssüratlarını bölüşüb. Corner.az xəbər verir ki, tanınmış argentinalı model "Elle"yə müsahibəsində belə danışıb:
"Bir Kriştiano ilə bir-birimizə ilk baxışdan vurulmuşuq. Onu ilk dəfə görəndə mənə elə gəldi ki, zaman dayandı. Daha öncə heç vaxt belə yaraşıqlı və diqqətli kişi görməmişdim.
Hə, mən dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm. Təbii, bizim münasibətlərimiz çox arzularımın həyata keçməsinə şərait yaratdı. Amma xadimə, satıcı və ya model kimi fəaliyyət göstərməyimdən asılı olmayaraq həmişə öz işimə eyni ehtirasla yanaşmışam".