27 mart 2026. Cümə

Qızıl topu Messi qazanmalıdır - Van Deyk


Qızıl topu Messi qazanmalıdır - Van Deyk
Liverpool"un futbolçusu Vircil Van Deyk "Qızıl top"u qazanmaq şansını dəyərləndirib.

Corner.az "Goal.com"a istinadən xəbər verir ki, hollandiyalı futbolçu sözgedən mükafata "Barcelona"nın futbolçusu Lionel Messinin layiq olduğunu deyib: "Finalda iştirak edib-etməməsi heç nəyi dəyişmir. Düşünürəm ki, Messi dünyanın ən yaxşı oyunçusudur. "Qızıl top"u məhz o qazanmalıdır. Belə ki, mən indi bu barədə fikirləşmirəm. Ancaq makafata layiq görülsəm, qəbul edərəm".

Qeyd edək ki, "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olan Van Deyk dünən "Tottenhem"lə final oyununun ən yaxşı futbolçusu seçilib.





Xəbər news