26 may 2026. Çərşənbə axşamı

Fransalı futbolçu karyerasını başa vurdu


Fransalı futbolçu karyerasını başa vurdu

Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi peşəkar karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Futbol, ​​səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm", - deyə futbolçu yazıb.

Qeyd edək ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matyuidi son olaraq ABŞ-ın "İnter Mayami" klubunun uğurları üçün çalışıb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı