25 noyabr 2024. Bazar ertəsi

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub


Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan Badminton Federasiyası (ABF) və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə yüksək keyfiyyətə malik raketkalar paylanılıb.

ABF-dən Corner.Az-a verilən məlumata görə, Yaponiyanın Xarici İşlər Nazirliyinin “Sport for tomorrow” layihəsi çərçivəsində “Shuttle Time” proqramının iştirakçısı olan məktəblilərə verilən raketkalar gündoğar ölkənin Badminton Federasiyası tərəfindən ABF-yə hədiyyə olunub.

Tədbirin əvvəlində Yaponiya Badminton Federasiyasının nümayəndəsinin Azərbaycan dilində videomüraciəti nümayiş olunub. Ardınca tədbirdə çıxış edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov bu idman növünün sağlamlığa faydasından danışaraq keçmiş badmintonçu kimi məktəblilərə tövsiyələr verib.

T.Ziyadov səfirliyin timsalında Yaponiya Badminton Federasiyasına təşəkkürünü bildirərək çıxış üçün sözü səfir Vada Cuniçiyə ötürüb. Yaponiyalı səfiri iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi və Azərbaycanda badmintonun yaranmasının 60 illiyi çərçivəsində belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edərək, raketkaları ABF-ə təqdim etməkdən şad olduğunu bildirib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir