- Xəbər news
- 22:34 14.11.2024
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 2022-ci ildə vurulan qolların sayına görə “Barselona”nın hücumçusu Robert Levandovskini geridə qoyub. Corner.az xəbər verir ki, “şəhərlilərin” futbolçusu Liqa Kubokunun 1/8 finalında “Liverpul”a (3:2) qol vurub. O, 2022-ci ildə 41 oyunda 43 dəfə fərqlənib. PSJ-nin hücumçusu Kilian Mbappe isə bir il ərzində 55 oyunda 55 qol vurub.
Üçüncü yerdə yaya qədər “Bavariya”da çıxış edən Levandovski qərarlaşıb - 51 oyunda 42 qol.
“Leypsiq”in hücumçusu Kristofer Nkunku 58 oyunda 37 qola imza atıb. PSJ-nin hücumçusu Lionel Messinin 51 oyunda 35 qolu var. “Tottenhem”in hücumçusu Harri Keyn 61 görüşdə 34 dəfə fərqlənib.
Haaland 2022-ci ildə qol və ötürmə sistemində isə üçüncüdür. Hazırda 22 yaşlı forvard 2022-ci ildə keçirdiyi 41 matçda “qol+ötürmə” sistemində 51 (43+8) xala malikdir. O, bu göstəricidə PSJ-nin hücumçusu Neymar (42 oyunda 32+19) və “Barselona”nın hücumçusu Robert Levandovskini (51 oyunda 42+9) qabaqlayıb.
Mbappe və Messi Haalanddan daha çox xal toplayıb. Fransız 55 oyunda 72 (55+17), argentinalı isə 51 matçda 65 (35+30) xal toplayıb.