- Xəbər news
- 22:34 14.11.2024
Madrid “Real”ı və Milan “İnter”inin braziliyalı sabiq hücumçusu Ronaldo fransalı futbolçu Kilian Mbappenin DÇ-2022-də başa çatan dünya çempionatında oyununu qiymətləndirib. Corner.az xəbər verir ki, 46 yaşlı əfsanə Mbappenin turnirin ən yaxşılarından biri olduğunu bildirib:
“Kilian ilk görüşdən sona qədər əla oyun göstərdi. Fərqlənməyəndə belə, Fransanın qələbə qazandığı oyunlarda mühüm rol oynadı. Argentina ilə final matçında yaxşı oynadı, penaltilər seriyası da daxil olmaqla, dörd dəfə fərqlənməyi bacardı. Əla texnikası var, onu dayandırmaq çox çətindir. Mbappe turnirin ən yaxşı oyunçusu ola bilərdi. Çünki, o, buna layiq idi”
Qeyd edək ki, 24 yaşlı hücumçu 8 qolla dünya çempionatının bombardiri olub.