"Qarabağ"ın futbolçusu Qara Qarayev sosial şəbəkə hesabında paylaşım edib. Corner.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi postunda azarkeşlərə təşəkkür edib:
"2022/2023 mövsümünün ilk yarısı başa çatdı. Bu il Azarkeşlərimizin böyük dəstəyilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir! İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq! Dəstəyiniz üçün təşəkkürlər! Bu alqışlar sizindir!"
"Qarabağ" Azərbaycan Premyer Liqasında XVIII turdan sonra 50 xalla liderdir. "Atlılar" Konfrans Liqasında isə pley-off mərhələsinə yüksəlib və 2023-cü ilin fevralında burada Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
Qarayev bu mövsüm 27 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.