“Foden indiyə qədər oynadığım ən böyük istedadlardan biridir”. Corner.az xəbər verir ki, bunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne deyib.
Belçikalı futbolçu komanda yoldaşının çox ağıllı futbol oynadığını bildirib: “Onun cəmi 22 yaşı var və artıq 4 dəfə İngiltərə Premyer Liqasının çempionu olub. Çox ağıllı oyunçudur. Çox sayda taktikaya baxmayaraq, hələ də sehrli bir oğlana ehtiyacınız var və Foden onlardan biridir, buna görə də çox fərqli şeylər edə bilər. O, istədiyi hər şeyə nail ola bilər”.
Foden bu mövsüm “Mançester Siti”nin heyətində 21 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.