27 mart 2026. Cümə

Şeydayevin komandası Premyer Liqada qaldı


Şeydayevin komandası Premyer Liqada qaldı
Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"  bu gün Rusiya Premyer Liqasında qalmaq uğrunda pley-offun cavab oyununa çıxıb.

Corner.az xəbər verir ki, Samara təmsilçisi evdə "Nijni Novqorod"la qarşılaşıb. Şeydayevin 90 dəqiqə oynadığı matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda rəqibini 3:1 üstələyən "Krılya Sovetov" iki oyunun nəcicəsinə görə elitadakı yerini qoruyub.





Xəbər news