24 oktyabr 2024. Cümə axşamı

Kvaratsxeliya Maradonadan geri qalmır


Kvaratsxeliya Maradonadan geri qalmır

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Semin İtaliyanın “Napoli” klubunda forma geyinən gürcüstanlı Xviça Kvaratsxeliyanın oyunu haqda danışıb. Corner.az xəbər verir ki, rusiyalı mütəxəssis onu əfsanəvi Dieqo Maradona ilə müqayisə edib.

“Quaradona” ləqəbində qəbahətli bir şey yoxdur. O, təvazökar oğlandır. Başı gicəllənməyəcək. Yaxşı mühiti var. O, Maradonadan geri qalmır” – deyə, Syomin bildirib.

Onun fikrincə, Xviçanın fiziki göstəriciləri əladır: “Daha zəif qaçmır. Rusiyada hər toqquşmadan sonra yıxılır, uzanır, həkimi gözləyirdi. İndi bütün bunları aradan qaldırdı”.







Xəbər news