Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib. Corner.az xəbər verir ki, 28 yaşlı qolkiper azarkeşlərə təşəkkür edib və mövsümün ikinci hissəsinin də maraqlı keçəcəyini bildirib:
“2022/23 mövsümünün yarısına çatdıq. İrəlidə bizi maraqlı ikinci hissə gözləyir. Hər bir azarkeşə böyük minnətdarlıq bildirmək istərdim. Sizinlə birlikdə biz daha da güclüyük”.
“Qarabağ” qış fasiləsinə 50 xalla lider olaraq yollanıb. Ağdam təmsilçisi ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayır.