24 oktyabr 2024. Cümə axşamı

Autizmli uşaqlar üçün futbol dərslərinə start verildi


Autizmli uşaqlar üçün futbol dərslərinə start verildi
AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Autizm Assosiasiyasında futbol dərslərinə start verilib. Corner.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Futbolun Sosial Məsuliyyəti üzrə meneceri Kifayət Mustafayeva, eləcə də Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli iştirakçıları qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə təbrik edib, onlara futbol dərslərində uğurlar arzulayıb.
 
Qeyd edək ki, futbol dərsləri AFFA tərəfindən təyin olunmuş məşqçi tərəfindən həftədə 2 dəfə olmaqla keçirilir.






Xəbər news