22 mart 2026. Bazar günü

Messinin formasını geyindi, PSJ-nin oyununu izlədi - Qarabağın futbolçusu


Messinin formasını geyindi, PSJ-nin oyununu izlədi - Qarabağın futbolçusu
Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edən “Qarabağ”ın hücumçusu Musa Qurbanlı hazırda Fransada istirahətdədir. Corner.az xəbər verir ki, Parisdə olan 20 yaşlı futbolçu bu fürsətdən istifadə edərək Liqa-1-də ötən axşam baş tutmuş PSJ - “Strasburq” görüşünü (2:1) canlı izləyib.
 
Musa oyuna Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messinin formasında gedib.
 
Azərbaycan millisinin üzvü bu barədə şəkli “İnstagram” hesabında paylaşıb.
 






Xəbər news