6 dekabr 2025. Şənbə

Sabah və Bank Respublika şəhid övladlarını sevindirdi


Sabah və Bank Respublika şəhid övladlarını sevindirdi
"Sabah” Futbol Klubu və titul sponsoru “Bank Respublika” Yeni il bayramı və həmrəylik günü ərəfəsində Masazırda məskunlaşmış şəhid ailələrini ziyarət edib.
 
Corner.az xəbər verir ki, futbolçular, klubun və “Bank Respublika”nın nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına müxtəlif hədiyyələr təqdim edib, onlarla xatirə şəkil çəkdiriblər.
 
Görüş zamanı şəhid övladlarına atalarının qəhrəmanlıqları ilə daim fəxr etməli olduqları, onların Vətənimiz üçün etdiklərinin heç vaxt unudulmayacağı qeyd edilib.
 






Xəbər news