İspaniya La Liqasında çıxış edən klubların 2021/2022 mövsümündə televiziya hüquqlarının satışından əldə etdiyi gəlir açıqlanıb. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 komandanın ümumi gəliri 1,43 milyard avro təşkil edib.
La Liqa rəhbərliyi artıq bu məbləği ödəyib.
Siyahının ilk pilləsində “Real” (160,85 milyon avro) qərarlaşıb. “Barselona” (160,13 milyon avro) ikinci, “Atletiko” (130,31 milyon avro) üçüncü olub.
Ən az gəlir əldə edən isə 45.86 milyon avro ilə “Rayo Valyekano”dur.