25 noyabr 2024. Bazar ertəsi

İdman yarışlarının qaliblərinə vergi güzəşti olacaq


İdman yarışlarının qaliblərinə vergi güzəşti olacaq
Azərbaycanda gələn ildən idman yarışlarının qaliblərinə bir sıra vergi güzəştlər tətbiq ediləcək. Corner.az xəbər verir ki, bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
 
Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad edilib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir