25 noyabr 2024. Bazar ertəsi

Hamı onu Allah kimi görürdü


Hamı onu Allah kimi görürdü

"Neftçi”nin qapıçılar üzrə məşqçisi Florin Tene əfsanəvi braziliyalı futbolçu Pele ilə bağlı maraqlı fikirlər bildirib. Corner.az saytı xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında dekabrın 29-da vəfat edən mərhum hücumçu ilə bağlı bir xatirəni bölüşüb.

55 yaşlı məşqçi Rumıniya millisində və “Rapid”də olarkən qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərən Rika Radukanu 1970-ci ildəki dünya çempionatında Peleyə qarşı çıxış etdiyini bildirib: “Uşaq vaxtı Peleni böyük həvəslə izləyirdim. Rika Radukanu DÇ-1970-də Peleyə qarşı oynayanda mənə demişdi ki, hamı onu Tanrı kimi görür”.

Qeyd edək ki, Florin Tene “Neftçi”də baş məşqçi Laurentsiu Regekampfın köməkçisidi.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir