- Xəbər news
- 22:34 14.11.2024
Avropanın “Top-5” liqalarında 2022-ci ildə ən çox ofsayda düşən futbolçuların siyahısı müəyyənləşib. Corner.az xəbər verir ki, Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe bu baxımdan hamıdan öndədi.
24 yaşlı futbolçu il ərzində 38 dəfə oyundankənar vəziyyətdə yaxalanıb. Onu İnyaki Uilyams (“Atletik”) və Jerar Dulofeu (“Udineze”) izləyib. Hər iki oyunçu 32 dəfə ofsayda düşdüyü üçün komandasının hücumu yarımçıq kəsilib.
2022-ci ili “Mançester Yunayted”də keçirən “Əl-Nəssr”in yeni transferi Kriştiano Ronaldo reytinqdə dördüncü yerdədi (28 dəfə).
Bu göstəricidə onuncu yeri “Qızıl top”un sahibi olan “Real”ın qolçusu Kərim Benzema tutub.