- Xəbər news
- 22:34 14.11.2024
2022-ci ildə Avropanın “Böyük beşlik” ölkələrinin yüksək liqalarında ən çox qol vəziyyətini qaçıran futbolçuların adları açıqlanıb. Corner.az xəbər verir ki, geridə qalan il ərzində polşalı Robert Levandovski hamıdan çox qol vurmaq fürsətini əldən verib.
Ötən ilin yayında “Bavariya”dan “Barselona”ya keçən 35 yaşlı forvard 28 epizodda yüz faizlik şansdan yararlana bilməyib. “Qızıl top”u qazanan “Real”ın hücumçusu Kərim Benzema 22 şansı qaçırmaqla reytinqdə ikinci yerdədi. İlk “üçlüy”ü “Lion”un hücumçusu Mussa Dembele (20) qapayıb.
“İnter”li Lautaro Martines, “Strasburq”lu Kevin Qameyro və PSJ-li Kilian Mbappe hərəyə 20 dəfə əlverişli mövqedən rəqibləri cəzalandıra bilməyib. Yeddinci sırada “Liverpul”un misirli lideri Məhəmməd Salah (18) qərarlaşıb.