24 oktyabr 2024. Cümə axşamı

Şeydayev də məşhur siyahıya düşdü


Şeydayev də məşhur siyahıya düşdü
2022-ci ildə ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Corner.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hesablamasına görə, geridə qalan il ərzində Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe hamıdan çox qol vurub.
 
O, keçirdiyi 56 oyunda 56 qolla yadda qalıb. Mbappenin ən yaxın izləyiciləri norveçli Erlinq Haland və braziliyalı Berqsondu. Onlar hərəyə 46 dəfə rəqib qapılarına yol tapıb.
 
Siyahıda bir azərbaycanlı futbolçu da yer alıb. “Qarabağ”ın hücumçusu Ramil Şeydayev 2022-ci ildə 25 qolla yadda qalıb. Millimizin forvardı bununla 67 nəfərlik siyahının 55-ci pilləsində özünə yer edib.
 
1. Kilian Mbappe (Fransa) – 56 qol
2. Erlinq Haland (Norveç) - 46
3. Berqson (Braziliya) - 46
4. German Kano (Argentina) - 44
5. Robert Levandovski (Polşa) - 42
6. Boris Kopitoviç (Monteneqro) - 41
7. Mehdi Taremi (İran) - 39
8. Tiaqo Azulyao (Braziliya) - 39
9. Kodai Tanaka (Yaponiya) - 39
10. Kristofer Nkunku (Fransa) - 37
11. Lionel Messi (Argentina) - 35
12. Rikardo Qomes (Kabo Verde) - 35
13. Harri Keyn (İngiltərə) - 35
14. Amal Pelleqrino (Norveç) - 34
15. Sadio Mane (Seneqal) - 33
16. Kərim Benzema (Fransa) - 33
17. Kodjo Fo-Do Laba (Toqo) - 33
18. Qarban Kuqlan (İrlandiya) - 33
19. Julian Alvares (Argentina) - 32
20. Neymar (Braziliya) - 32
21. Mişel Olunqa (Keniya) - 32
22. Nikolyas İbanyes (Argentina) - 31
23. Pedro (Braziliya) - 30
24. İksan Fandi (Sinqapur) - 30
25. Vissam Ben Yedder (Fransa) - 30
26. Reo Nişiquçi (Yaponiya) - 30






Xəbər news